![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_BAGCA-640x400_500.jpg)
Gəncədə 2 saylı Körpələr evində azyaşlı uşaqların döyüldüyünə dair bir sıra məlumatlar yayılıb.
İddia edilir ki, sözügedən uşaq evində körpələrə nəzarət edilmir. Uşaqların işçilər tərəfindən döyüldüyü də iddialar arasındadır.
Körpələr evini ziyarət edən şəxslərdən biri həmin görüntüləri çəkib və sosial şəbəkələrdə paylaşıb.
Mövzu ilə əlaqədar Körpələr evinin direktoru Lətifə Kərimova ilə əlaqə saxlanılıb.
L.Kərimova əməkdaşımızla söhbətində yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.
O bildirib ki, sözügedən video köhnədir və uşağın işçilər tərəfindən döyülməsi iddiası yalandır:
“Videodakı uşaq Bərdədən gətirilən iki uşaqdan biridir. Baxıcılar uşaqları nəzarətsiz qoymur. Sadəcə olaraq, uşaqlar öz aralarında oynayan zaman bir-birini itələyiblər. Nəticədə, uşaq yıxılıb, başı yerə dəyib.
Uşağın başına dərman vurub, bağlamışdıq ki, şişkinlik tez çəkilsin. İndi bu videonu vətəndaşlardan kim paylaşıb bilmirəm, amma uşağın döyülməsi ilə bağlı yayılan məlumatlar yanlışdır. Video isə yeni sayılmaz. Çünki hadisə bir müddət əvvəl baş verib”.
Xatırladaq ki, bir neçə ay bundan əvvəl Gəncədə 2 saylı Körpələr evi ilə bağlı başqa bir təəssüf doğuracaq görüntülər yayılmışdı. Həmin məlumatlarda iddia edilirdi ki, sözügedən körpələr evində uşaqları bir-birinə iplə bağlayırlar.
Səbəb isə uşaq bezləri dolanda balacaların onları çıxarmağa cəhd etməsi və ətrafı bulaşdırması deyilirdi. Bundan başqa, xeyirxah insanlar tərəfindən uşaq evinə verilən oyuncaqların, geyimlərin də uşaqlara verilmədiyi iddialar arasında olub.(Oxu.az)
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)