Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-25 13:50:00
Avtovağzalda kitab rəfləri quraşdırıldı

"Libraff" mağazalar şəbəkəsi tərəfindən Bakı Beynəlxalq Avtovağzalının iki gözləmə zalında kitab rəfi quraşdırılıb".

 AzEdu.az xəbər verir ki, bunu TED.az -a açıqlamasında "Libraff"ın PR meneceri Sərxan Rüstəmov bildirib.

O qeyd edib ki, kitabları oxumaq üçün hansısa ödəniş tələb olunmur: "Sərnişinlərin zamanını faydalı keçirmələri üçün bu addımı atmışıq. Azərbaycan, türk, rus və ingilis dillərində kitablar mövcuddur. Bundan başqa, yaşlı sərnişinləri nəzərə alaraq rəflərimizə kiril qrafikalı kitablar da əlavə etmişik".

 S.Rüstəmov bildirib ki, bu cür addımların atılması gələcəkdə də nəzərdə tutulur: "Dəmiryol vağzallarında, əhalinin sıx toplandığı yerlərdə, xüsusən, qapalı ərazilərdə layihəmizi davam etdirəcəyik. Layihə avtobus dayanacaqlarında hələlik nəzərdə tutulmur. Çünki açıq ərazi olduğundan nəzarət məsələsi çətindir. Bunun mexanizmini, formatını düşünmək lazımdır. Hava limanında isə filialımız olduğundan orada da rəf quraşdırmaq nəzərdə tutulmur”.

 PR menecer onu da nəzərə çatdırıb k, sözügedən addım test xarakterlidir: "Əgər uğurlu alınarsa, arealını genişləndirəcəyik. Əsas məqsəd kitab sevgisini artırmaq, mütaliə vərdişini inkişaf etdirməkdir".