Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-20 11:29:00
Yalnız bu beynəlxalq olimpiadaların qalibləri universitetə imtahansız daxil olacaqlar-DİQQƏT

 

8-15 yanvar 2020-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) məktəblilərimiz  informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıblar.

Bu, beynəlxalq müsabiqədə Azərbaycanın göstəriciləri, digər ölkələrlə müqayisəsi media və sosial şəbəkələrdə xeyli müzakirə olunub.

Hazırda məktəbliləri ən çox maraqlandıran isə Azərbaycanın ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul üçün hansı beynəlxalq olimpiadaların əsas götürülməsidir.

AzEdu.az məlumat verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarında qeyd edilib. Qərara əsasən aşağıdakı beynəlxalq olimpiadaların qalibləri ali məktəblərə imtahansız qəbul edilə bilərlər:

-Beynəlxalq riyaziyyat olimpiadası (IMO);

-Beynəlxalq Balkan riyaziyyat olimpiadası (yuxarı yaş qrupu) (BMO);

-Avropa qızlar riyaziyyat olimpiadası (EGMO);

-Beynəlxalq fizika olimpiadası (IPHO);

-Avropa fizika olimpiadası (EUPHO);

-Asiya fizika olimpiadası (APHO);

-Beynəlxalq kimya olimpiadası (ICHO);

-Beynəlxalq Mendeleyev kimya olimpiadası;

-Beynəlxalq biologiya olimpiadası (IBO);

-Beynəlxalq informatika olimpiadası (IOI).

Qeyd edək ki, Beynəlxalq və ya respublika fənn olimpiadası qalibinin XI sinfi bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var. Beynəlxalq müsabiqə və ya yarış qalibləri üçün isə bu müddət 5 ildir.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları