Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-15 17:47:00
NASA bu kapsulu havada partladacaq - FOTO

İlon Maskın baş icraçı direktoru olduğu “SpaceX” şirkəti “Crew Dragon” adlı kapsulunu yenidən sınaqdan keçirməyi planlaşdırır.

AzEdu.az xəbər verir ki, əsasən, ABŞ Milli Kosmos və Aeronavtika İdarəsi (NASA) üçün istehsal edildiyi deyilən bu nəqliyyat vasitələri astronavtları Beynəlxalq Kosmik Stansiyaya aparıb gətirəcək.

Beləliklə, ABŞ-ın bu məsələdə Rusiyadan asılılığı azalacaq.

"Crew Dragon" bundan qısa müddət əvvəl dəfələrlə Beynəlxalq Kosmik Stansiyaya göndərilib və heç bir problem çıxmayıb. Bu səbəblə şirkətin testdən müvəffəqiyyətlə ayrılacağı gözlənilir.

“SpaceX” şirkəti üçün vacib olan bu kapsullar atmosferə gedərkən havada partlayacaq. “Falcon 9” vasitəsi ilə partladılacağı ehtimal edilən kosmik kapsulun sürətli şəkildə təcili yardım rejiminə keçib-keçməyəcəyi yoxlanılacaq.

Test üçün lazımi hazırlıqların demək olar ki, başa çatdığı bildirilib.