Azedu.az

Şamaxı Rəsədxanası ilə Bakı Dövlət Universitetinin birgə seminarı keçirildi

Ali təhsil

Maraqlı

20 Dekabr 2019, 10:14
Şamaxı Rəsədxanası ilə Bakı Dövlət Universitetinin birgə seminarı keçirildi

Bakı Dövlət Universitetinin (BDU) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə birgə “Anizotrop kosmik plazmada dalğa turbulensiyası problemləri haqqında” mövzusunda seminarı keçirilib.

AzEdu.az xəbər verir ki, seminarda BDU-nun rektoru Elçin Babayev mövzunun əhəmiyyətindən danışıb.

Sonra ŞAR-ın direktoru Namiq Cəlilovun mövzu üzrə məruzəsi dinlənilib.

N.Cəlilov heliosferin qlobal strukturu, Günəş küləyinin Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranan problemlərin anlaşılmasında Günəş küləyinin xüsusiyyətlərinin tədqiqinin əhəmiyyəti barədə geniş icmal təqdim edib.

O, anizotrop Günəş küləyi üçün maqnithidrodinamik köçürmə tənliklərinin həllinin bəzi problemlərini qeyd edib.

Alim, eyni zamanda, Günəş tacının enerji balansında mühüm rol oynayan plazma dayanıqsızlığı ilə bağlı apardığı tədqiqatların nəticələri haqqında məlumat verib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox