Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-07 15:08:00
Microsoft, Rust əsasında yeni proqramlaşdırma dilini inkişaf etdirir

Microsoft şirkəti Verona adlı təcrübi layihə çərçivəsində Rust proqramlaşdırma dilinin əsasında hazırlanmış tamamilə yeni proqramlaşdırma dilini inkişaf etdirir. Yeni proqramlaşdırma dili təhlükəsizlik ilə bağlı problemlərə məruz qalmayan qorunan tətbiqlərin yaradılması üçün nəzərdə tutulub. Bu layihənin bütün məlumatlarının yaxın zamanda Apache 2.0 lisenziyası ilə təqdim ediləcəyi planlaşdırılır.

AzEdu.az technote.az-a istinadən bildirir ki, inkişaf etdirilən yeni proqramlaşdırma dilinin həmçinin Windows-un aşağı səviyyəli komponentlərinin, C və C++ proqramlaşdırma dillərinin istifadəsi zamanı ortaya çıxan potensial problemlərin bloklanması məqsədi üçün emalında da istifadəsi planlaşdırılır. Kodun təhlükəsizlik səviyyəsi isə yaddaşın avtomatik idarəsi hesabına təyin edilir.

Verona-nı Rust-dan fərqləndirən əsas özəllik ondan ibarətdir ki, Verona-da sahiblik modelinin tətbiqi tək obyektlər əsasında deyil obyektlərdən ibarət qruplar əsasında reallaşdırılır. Verona-da məlumatlar struktur kimi qəbul olunurlar və həmin strukturlar obyektlər kolleksiyasını əks etdirirlər.