Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 14:50:00
Məktəb nizamnaməsi necə tərtib olunur? - Ən çox verilən sual

AzEdu.az mütəmadi olaraq, direktorların işə qəbul müsabiqəsi, namizədləri maraqlandıran sualların cavabı barədə yazılar yayımlayır. Direktor olmaq istəyənlərə müsahibə zamanı ən çox verilən suallardan biri də ümumtəhsil müəssisəsinin nizamnaməsinin tərtibi ilə bağlıdır.

Sual:             

Məktəbin Nizamnaməsi necə hazırlanır və qeydiyyatdan keçirilir?

Cavab:

AzEdu.az məlumat verir ki, Ümumtəhsil müəssisəsinin nizamnaməsi ilə bağlı məsələlər “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında qeyd olunub. Qqanunvericiliyə görə, nizamnamə respublikanın bütün ümumtəhsil məktəblərinin fəaliyyətini tənzimləyir.

Nümunəvi Nizamnamə isə hər ümumtəhsil məktəbi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.

Bələdiyyə və özəl ümumtəhsil məktəbinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi, dövlət ümumtəhsil məktəbinin nizamnaməsi isə tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş dövlət ümumtəhsil məktəbinin nizamnaməsində edilən dəyişikliklər məktəbin pedaqoji şurası tərəfindən qəbul olunur. Bu dəyişiklikləri tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı təsdiq etməlidir.

Təhsil Nazirliyi bələdiyyə və özəl ümumtəhsil məktəblərinin nizamnamələrinin təsdiqinə və onlarda edilən dəyişikliklərə rəy verir.

Məktəbin təsisçisi müəssisənin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, onun yaradılması ilə bağlı öhdəliklər üzrə məsuliyyət daşıyır. Ümumtəhsil məktəbi ona mənsub olan bütün əmlakla cavabdehdir.

Qeyd eədk ki, ümumtəhsil müəssisəsinin nizamnaməsində məktəblilərin qəbul olunmuş vahid geyim forması, məktəbin sturukturu, təlim – tərbiyə işinin təşkili, məktəbin idarə olunması, şagird, valideyn, müəllimlərin hüquq və vəzifələri və s. qeyd olunur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları