Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 12:43:00
Övladı imtahana  hazırlaşan valideynin vəzifəsi nədir?  

“Az bal toplasan, evə qayıtma”, ”Bizi hər kəsin yanında biabır elədin”, “Universitetə girə bilməsən, gözümə görünmə”... Təəssüf ki, övladları ali məktəbə qəbula hazırlaşan valideynlər arasında bu sözləri işlədənləri az deyil. Valideynlərin övladına bu cür psixoloji zədə vurması sonradan ağır fəsadlara gətirib çıxara bilər.

Bu haqda psixoloq Gülər Məmmədova AzEdu.az-a müsahibəsində bildirib. 

 Psixoloq qeyd edir ki, imtahana hazırlıq dövründə abituriyentin düzgün yuxu rejiminin olmasına nəzarət etmək, onu pis vərdişlərdən uzaq tutmağa çalışmaq lazımdır. Lakin bunu qışqırmaqla, neqativ emosiyalarla etmək olmaz. “Abituriyent imtahana  “buna məcburam” fikri ilə getməməlidir.  Əksinə, öz gələcək arzusuna çatmaq üçün bu mərhələyə mücadilə kimi baxmalıdır”. 

Müsahibə AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icra olunan “Abituriyentlər üçün onlayn psixoloji yardım xidmətinin təşkili” layihəsi çərçivəsində hazırlanıb. Müsahibənin tam variantını videodan izləyə bilərsiniz.