Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-24 15:45:59
Yeni təhsil naziri kollektivə təqdim olundu – Fotolar

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunmuş Ceyhun Bayramovu nazirliyin kollektivinə təqdim edib.

AzEDU.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, akademik Ramiz Mehdiyev son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə nailiyyətlərin əldə olunduğunu qeyd edib, xüsusilə təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatları diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov dövlətimizin başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. O, Azərbaycan Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu geniş hədəfli vəzifələrin icrasının layiqincə yerinə yetirilməsi üçün əlindən gələni edəcəyini, bütün qüvvələrin səfərbər olunacağını vurğulayıb.