Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-13 07:13:37
Əcnəbi tələbələr xüsusi siniflərdə oxuyacaqlar - Türkiyədə ilk

Türkiyədə əcnəbi tələbələr xüsusi təşkil olunan siniflərdə təhsil alacaqlar.

AzEDU.az saytı türk mediasına istinadən xəbər verir ki, bu siniflər Harran Universiteti tərəfindən gələn il qəbul edilməsi planlaşdırılan Suriya, Fələstin və Misirdən olan tələbələr üçün nəzərdə tutulub.

Bu haqda universitetin prorektoru professor S.Sarıışık məlumat verib. O, bununla Türkiyədə bir ilkə imza atacaqlarını bildirib: “Universitetimizdə 29 000 tələbə təhsil alır. Hədəfimiz universiteti beynəlxalq ali məktəbə çevirməkdir”.

Gələn il  başda Suriya olmaqla  Fələstin və Misirdən 600 şagird qəbul edəcəyik. Onlar üçün xüsusi siniflər yaradacayıq. Bu siniflər qırx nəfərdən ibarət olacaq. Bununla düşərgələrdəki suriyalı tələbələr də təhsil ala bilmək imkanı qazanacaq. Gələn il onların sayının dörd mini ötəcəyini təxmin edirik”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları