Siyahının ilk pilləsində Harvard Universiteti yer alır. Ardınca ikinci sırada Massaçusets Texnologiya İnstitutu (MIT), üçüncü yerdə isə Stanford Universiteti qərarlaşıb. Bu üçlük uzun illərdir dünya reytinqlərində lider mövqelərini qoruyur.
Reytinqin 4 və 5-ci yerlərində Böyük Britaniya universitetləri yer alıb. Dördüncü sırada Kembric Universiteti, beşinci yerdə isə Oksford Universiteti qərarlaşıb. Bu nəticə Böyük Britaniyanın elmi araşdırma və akademik nüfuz baxımından hələ də dünyanın aparıcı mərkəzlərindən biri olduğunu göstərir.
İlk onluğun davamında ABŞ universitetləri üstünlük təşkil edir. Altıncı yerdə Prinston Universiteti, yeddinci yerdə Pensilvaniya Universiteti, səkkizinci yerdə Kolumbiya Universiteti, doqquzuncu yerdə Yale Universiteti, onuncu sırada isə Çikaqo Universiteti yer alıb.
Ümumilikdə CWUR 2026 nəticələri göstərir ki, ilk 10 universitetin 8-i ABŞ-ə məxsusdur.