Azedu.az

Ən çox tələbə krediti rəsmiləşdirilən universitetlər məlum olub- ADLAR

Ali təhsil

25 May 2026, 21:08
Ən çox tələbə krediti rəsmiləşdirilən universitetlər məlum olub- ADLAR

Təhsil Tələbə Krediti Fondu qabiliyyət imtahanı tələb olunan ixtisaslar üzrə ən çox TTK müqaviləsi rəsmiləşdirən ali təhsil müəssisələrinin siyahısını açıqlayıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, siyahıya əsasən, ən yüksək göstərici Azərbaycan İdman Akademiyasına məxsusdur. Belə ki, universitet üzrə 2 197 müqavilə rəsmiləşdirilib. “Məşqçilik” ixtisası üzrə isə bu rəqəm 1 775 olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 345 müqavilə qeydə alınıb. “Dizayn” ixtisası üzrə isə 185 müqavilə rəsmiləşdirilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetində isə ümumilikdə 324 müqavilə bağlanıb. Universitetin “Dizayn” ixtisası üzrə rəsmiləşdirilən müqavilələrin sayı 259 təşkil edib.

Prezidentdən TƏCİLİ TAPŞIRIQ - Bu problem həll edilməlidir!
Son xəbərlərDaha çox