Azedu.az

Alimlər: Göz damcıları görmə itkisini yavaşlada bilər

Araşdırma

Müəllimlər və elm adamları

24 Mart 2025, 09:19
Alimlər: Göz damcıları görmə itkisini yavaşlada bilər

Milli Sağlamlıq İnstitutunun (NIH) tədqiqatçıları retinitis piqmentoza və yaşa bağlı makula degenerasiyası (AMD) kimi irsi göz xəstəliklərinin heyvan modellərində görmə itkisini ləngidən yeni göz damcıları hazırlayıblar. 

AzEdu.az “Science Daily” saytına istinadla xəbər verir ki, həmin damcılar gözün təbii olaraq istehsal etdiyi “Piqment Epitelindən Törəmə Faktor” adlı zülalın kiçik fraqmentlərindən ibarətdir və torlu qişa hüceyrələrini qorumaq məqsədi daşıyır.

Tədqiqatın nəticələrinə əsasən, yeni peptid əsaslı göz damcıları siçanların torlu qişasına 60 dəqiqə ərzində çatıb və 24-48 saat ərzində təsirini göstərib. “H105A” adlı peptid görmə itkisini və fotoreseptor hüceyrələrinin ölümünü əhəmiyyətli dərəcədə yavaşladıb. Müalicə olunan siçanlarda fotoreseptorların 75 faizə qədəri qorunub, işığa qarşı güclü retinal reaksiya saxlanılıb. Heç bir peptid toksiklik və ya yan təsir göstərməyib. İnsan tor qişa toxuması modellərində aparılan sınaqlar göstərib ki, peptidlər hüceyrə stresini azaldır və hüceyrələrin sağ qalmasını artırır. Gen terapiyası ilə birlikdə istifadə edildikdə göz damcıları hüceyrələri qoruyaraq terapiyanın daha təsirli olmasına kömək edib. Tədqiqatçılar bu göz damcılarının gen terapiyaları klinik istifadəyə verilənə qədər retinal hüceyrələri qorumaqda mühüm rol oynaya biləcəyini qeyd edirlər. İnsan sınaqlarına keçid mərhələsi isə artıq planlaşdırılır. Bu yenilik degenerativ göz xəstəlikləri üçün qeyri-invaziv və effektiv müalicə üsulu kimi ümidverici bir addım hesab olunur.

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox