Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 12:07:22
“Bu il 41 min şagird tələbə adını qazanıb” - Təhsil Naziri
"Qarşıdan gələn tədris ilində Azərbaycanda 165 minə yaxın şagird ilk dəfə məktəbə qədəm qoyacaq". 
 
AzEdu.az xəbər verir ki, bunu mətbuata açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib. 
 
Nazir həmçinin deyib ki, bu il, təqribən, 41 min şagird isə tələbə adı qazanıb: "Bu, ötən illərlə müqayisədə ən yüksək göstəricidir".
 
C.Bayramov əlavə edib ki, Heydər Əliyev Fondu və başqa bir sıra qurumların dəstəyi ilə bu il 76 təhsil müəssisəsinin əsaslı təmiri yaxud yenidən qurulması işləri planlaşdırılıb: "Bundan əlavə, 137 modul tipli məktəbin də quraşdırılması nəzərdə tutulub. Onların da böyük əksəriyyətində işlər yeni tədris ili başlanana qədər tamamlanacaq". 
 
"Bu il üçün ümumilikdə 332 adda 7 mln.a yaxın tədris vəsaiti çap olunub və bütün məktəblərə paylanıb" - nazir əlavə edib.