XƏBƏRLƏR

18.01.2020 13:44
“LIBRAFF”dan abituriyentlər və I-II kurs tələbələri üçün ödənişsiz...

“LIBRAFF”da abituriyentlər və I-II kurs tələbələri üçün ödənişsiz seminar təşkil olunacaq.

AzEdu.az xəbər verir ki, motivasiya xarakteri daşıyan seminar
 ˝Gələcəyin peşə tələbləri˝ və ˝Uğurlu təhsil planlaması˝ mövzusuna həsr olunacaq.
Seminarın spikeri Mirlan Kərimov, Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin Mexanika Mühəndisliyi fakültəsinin məzunudur.

Mirlan Kərimov təhsil aldığı universitetdə mexanika dərsi üzrə tədris yardımçısı olaraq çalışmış, elmi məqalələri iki nüfuzlu beynəlxalq konfransda təqdim edilmiş, elmi işinə istinad olunmuşdur. Cənubi Koreyanın dörd universitetində və araşdırma institutlarında elmi təcrübə proqramlarında iştirak etmişdir. 2016-cı ildə ˝FameLab˝ Azərbaycan yarışmasını qazanaraq, Böyük Britaniyada keçirilən ˝Çeltenham Elmi Festivalı˝nda ölkəmizi təmsil edib.

Mirlan Kərimov seminarda dünyanın nüfuzlu universitetlərinə gedən yolda ixtisas seçimi və uğurlu bakalavr təhsili planlaması haqqında öz təcrübələrini iştirakçılarla bölüşəcək.

 Qeyd edək ki, seminar 19 yanvar ,  saat 11:00-da  “LIBRAFF”ın ˝Park Akademiya˝ filialı, Hüseyn Cavid pr. 100 ünvanında keçirləcək.