Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-15 13:45:00
İlk dəfə beyin əməliyyatında robot iştirak edib

Robotlar tibb sahəsində artıq bir ildən çoxdur ki, istifadə olunurlar. Bununla yanaşı onların çətinliyi və funksiyalarının sayı hər il artır. Distant ürək əməliyyatından sonra həkimlər mexaniki manipulyatordan istifadə edərək xəstənin beyninə cərrahi müdaxilə ediblər. 

www.4pda.ru saytının məlumatında bildirilir ki, Kanadada cərrah Vitor Mendes Pereyroy anevrizmanı aradan qaldırmaq üçün mürəkkəb əməliyyat həyata keçirib. Belə ki, submillimetr hərəkətlərin dəqiqliyini təmin edən ikinci nəsil “CorPath GRX” robot qolundan istifadə edərək joystiklər və sensor ekranla idarə olunub. Robotun “barmaqlarında” alətlərin dəyişdirilməsi əməliyyat masasında texniki heyət tərəfindən həyata keçirilib.

Robot operatorun pultu ilə kabelə qoşulsa da, tərtibatçılar ümid edirlər ki, gələcəkdə bu kimi əməliyyatlar daha uzaq məsafələrdən də aparılacaq. Pereyroy xəstəni əməliyyat etməzdən əvvəl onun beyninin quruluşunu dəqiq köçürən 3D model üzərində təlim keçib və bir qrup əməkdaş ilə qarşılıqlı əlaqəni yerinə yetirib.

Cərrahın sözlərinə görə, həkimlər gələcəkdə insultdan əziyyət çəkən pasiyentlərin distant müalicəsi üçün robotlardan istifadə edə biləcəklər.

Samirə KƏRİMOVA (Azərbaycan müəllimi)