Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-30 17:16:59
Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun növbəti turu olacaq? - CAVAB  

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə III tura qeydiyyat başa çatıb.

Prosesdə 4 113 nəfər iştirak edib, onlardan 4 023 nəfər vakansiya seçimi edərək elektron ərizəsini təsdiqləyib.

Bəs müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun növbəti turu olacaq?

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada növbəti turun keçirilməsi nəzərdə tutulmayıb. Tutulmayan və tədris ili ərzində yaranan vakant yerlərə İnsan resursları mərkəzi tərəfindən coğrafı bölgü prinsipi və imtahan nəticəsi nəzərə alınmaqla namizədlərin yerləşdirilməsi həyata keçiriləcək.

Qeyd edək ki, müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesində builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak ediblər. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.

Elektron yerləşdirmənin nəticələri barədə məlumat gün ərzində namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları