XƏBƏRLƏR

24.08.2019 17:14
Diplomların tanınması ilə bağlı müraciətlərə bu tarixdən etibarən baxılacaq

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə sentyabrın 1-dən etibarən baxılacaq.

AzEdu.az xəbər verir ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi 1 iyul tarixindən 2 aylıq müddətdə müvəqqəti olaraq dayandırılıb.

Məlumata əsasən, bu proses sentyabrın 1-dən etibarən növbəlilik prinsipi əsasında davam etdiriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyindən verilən məlumata görə, müvəqqəti dayandırlmanın 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

İlin gənc müəllimi-Müraciət formu