XƏBƏRLƏR

23.08.2019 14:36
Alimlər: Əvvəllər Marsda hava şəraiti isti və yağışlı olub

Astronomiya sahəsindəki mütəxəssislər qədim Marsda iqlim şəraiti haqqında təsəvvür yaratmağa kömək edən tədqiqat aparıblar. Məlum oldu ki, bir zamanlar bu planet isti və yağışlı olub.

AzEdu.az TED.az-a istinadən xəbər verir ki, Qırmızı planetin öyrənilməsi çoxdan davam edir. Bu müddət ərzində alimlər planetin səthi, eləcə də indi mövcud olan iqlim şəraiti haqqında çox şey öyrənə biliblər. Ekspertlər həm də artıq, bir zamanlar Marsda su olduğunu da bilirlər. Mayenin hansı formada olduğu, hələ ki, sirr olaraq qalır. Mövcud məlumatları təhlil edərək, astronomlar bir zamanlar Marsda çoxlu yağışlar olduğunu söyləyiblər. Həmçinin ehtimal var ki, planetdəki hava şəraiti kifayət qədər isti olub. Sonra iqlim dəyişib və bütün su donub.

Tədqiqatçılar ümid edirlər ki, qədim Marsdakı iqlim haqqında daha dəqiq məlumatlar Qırmızı planetdə 2020-ci ildə baş tutacaq missiya sayəsində əldə edilə biləcək.

İlin gənc müəllimi-Müraciət formu