XƏBƏRLƏR

19.08.2019 09:00
14 mindən çox abituriyent ərizəsini təsdiqlədi

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta  təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, avqustun 19-u saat 09:37-ə qədər olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 72, II qrup üzrə 1031, III qrup üzrə 19, IV qrup üzrə 6, V qrup üzrə 16 nəfər ərizəsini təsdiqləyib.

11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 13.247 nəfər ərizəsini təsdiqləyib.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu