XƏBƏRLƏR

13.04.2018 07:44
Dövlət qulluğuna müsahibədə 65 namizəd iştirak etməyib

2018-ci il aprelin 12-də Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci il 7 və 8 fevral tarixlərində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələri davam etdirib.

AzEDU.az xəbər verir ki, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə regional bölməsi də daxil olmaqla 10 müxtəlif yerdə təşkil olunub.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 91 müsahibədən 26-sı baş tutub, 65 müsahibə isə namizədlərin gəlməməsi reallaşmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 14-ü iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər.

Namizədlərlə müsahibələrin keçirilməsi mayın 15-dək davam edəcək.

İlin gənc müəllimi-Müraciət formu