Azedu.az

Məktəblərin yemək proqramları təhlükə altındadır

Xəbərlər

21 İyul 2025, 14:59
Məktəblərin yemək proqramları təhlükə altındadır

ABŞ-ın bəzi ştatlarında məktəblərdə tətbiq olunan pulsuz yemək proqramları ləğv edilə bilər. Maine ştatında SNAP (Ərzaq Yardımı Proqramı) və Medicaid (Səhiyyə Yardımı Proqramı) üçün nəzərdə tutulan federal vəsaitlərə edilən kəskin kəsintilər, bu proqramların gələcəyini sual altına alıb.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, yerli təhsil qurumları bildirirlər ki, bu dəyişikliklər nəticəsində minlərlə şagird məktəbdə gündəlik pulsuz nahar imkanından məhrum qala bilər. Əsasən aztəminatlı ailələrin övladlarına yönəlmiş bu proqramlar illərdir ki, şagirdlərin qidalanma və sağlamlıq vəziyyətini dəstəkləyir.

Maine Təhsil Departamentinin nümayəndələri vəziyyətin ciddiliyini vurğulayaraq, federal hökumətdən alternativ maliyyə dəstəyi gözlədiklərini bildiriblər. Sosial təminat sahəsində çalışan mütəxəssislər isə bu cür kəsintilərin uşaqların fiziki və zehni inkişafına mənfi təsir göstərə biləcəyini qeyd edirlər.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox