Azedu.az

Bıçaqla silahlanmış qadın və iki oğlu orta məktəbə basqın ediblər

15 Mart 2025, 18:48
Bıçaqla silahlanmış qadın və iki oğlu orta məktəbə basqın ediblər

Fransanın Puassi şəhərində qadın və biri bıçaqla silahlanmış iki oğlu Le Korbuzye Liseyinin ərazisinə daxil olublar. Məqsəd şagirdlərdən biri ilə "mübahisəni həll etmək" olub.

 

AzEdu.az-ın xəbərinə görə, bu barədə "Parisien" nəşri məlumat verib.

 

Polis ananı və yeniyetmələrdən birini saxlayıb, digəri qardaş isə qaça bilib. Xəsarət alanlar barədə məlumat verilmir, işçilər şagirdləri təhlükəsiz yerə təxliyə ediblər.

 

Şəhərin meri Sandrin Dos-Santos lisey ətrafında xoşagəlməz hadisələrin sayının artması ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, yanvar ayından bəri bir neçə zorakılıq və oğurluq hadisəsi qeydə al

ınıb.

 

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox