Azedu.az

Elmi məqalələrin sayı ötən illərə nisbətən 2 dəfə artıb

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

6 Mart 2025, 13:52
Elmi məqalələrin sayı ötən illərə nisbətən 2 dəfə artıb

2024-cü ildə alimlərimiz tərəfindən nüfuzlu elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə artıb.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşıb.

"Məqalələrin 61 faizi Q1 və Q2 kvartilli jurnallarda dərc olunub, üçdə ikisi isə beynəlxalq əməkdaşlıq çərçivəsində yazılıb.

Bu rekord nəticə gələcək illərdə həm ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdəki mövqeyinin yüksəlməsinə, həm də digər qlobal hesabatlarda ölkəmizə aid göstəricilərin yaxşılaşmasına təsir edəcək", - paylaşımda qeyd olunub.

Nazir bildirib ki, məlumatlar dünyanın aparıcı iki elmi nəşrlər bazasından biri olan “Scopus”dan götürülüb.

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox