2024-cü il üzrə ali təhsil müəssisələrində bəzi ixtisaslara ayrılmış plan yerləri tamamilə boş qalıb.
AzEdu.az-ın əldə etdiyi məlumata görə,bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının №12 (2024) buraxılışında qeyd edilib.
Belə ki, 2024-cü ildə rezidenturaya qəbul imtahanlarının birinci mərhələsində iştirak edən namizədlərin cəmi 32.47%-i minimum tələb olunan balı toplayaraq “məqbul” qiymətləndirilib. Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı rəsmi statistikaya əsasən, bu göstərici son beş ilin ən aşağı nəticəsidir.
Məlumata görə, “məqbul” alanların faizi illər üzrə aşağıdakı kimidir:
2020 – 53.46%
2021 – 41.91%
2022 – 30.96%
2023 – 37.43%
2024 – 32.47%
Qeyd edək ki, rezidenturaya qəbulun birinci mərhələsində 40 və daha yuxarı bal toplayan namizədlər “məqbul” hesab olunur və yalnız bu şəxslər ikinci mərhələyə buraxılır. Hazırda bu nəticələr 5 il qüvvədə saxlanılır və bu qayda ilk dəfə 2020-ci ildən tətbiq olunub.
2024-cü ildə keçirilən imtahanların nəticələrinə əsasən, II mərhələyə keçid alan namizədlərin sayı 666 nəfər, ümumi iştirakçıların isə 74.92%-i təşkil edib.