Azedu.az

Professorun məqalələri Qazaxıstan jurnalında...

10 Avqust 2024, 17:41
Professorun məqalələri Qazaxıstan jurnalında...

Bakı Dövlət Universitetinin (BDU) professoru Yeganə İsmayılovanın məqalələri Qazaxıstan jurnalında dərc olunub. Qazaxıstanın nüfuzlu “Türk Birliyi” ictimai dərgisinin 27-ci nömrəsində Türk dünyası oxucularına professor Yeganə İsmayılovanın elmi məqalələri təqdim edilib.

 

AzEdu.az xəbər verir ki, filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünas alimin “Şəxsiyyət və zaman: Türk dünyasının böyük oğlu, Azərbaycanın sadiq dostu Oljas Süleymenov”, “Kaşğarlı Mahmud türkologiyanın qurucusudur”, “Anarın Dədə Qorqud yaradıcılığı”, “Mədəniyyətimizin inteqrasiyasında TÜRKSOY-un əvəzolunmaz gücü”, “Türk xalqları” adlı 5 irihəcmli elmi-publisistik məqaləsi dərc olunub.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox