“Hər il özəl ali məktəblərdə 500-1000 plan yeri boş qalır.
AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
“Bəzən fikirləşirlər ki, ixtisas seçimi zamanı təklif olunan 15 yerin hər biri doldurulmalıdır. Xeyr, bu belə deyil. Siz yalnız istədiyiniz universitet və ixtisasları seçin.
Hər il özəl ali təhsil müəssisələrində seçimlər bitdikdən sonra 500-1000 arası boş plan yeri qalır. Çünki o yerləri kimlərsə qeyd edir, yekunda qeydiyyatdan keçmədikləri üçün boş qalır.
Ümumiyyətlə, bir çoxları seçimi edərkən oxumaq istəməyəcəkləri yerləri niyə qeyd etdiklərini düşünmürlər. Eyni zamanda gənclər xarici ali məktəblərdən qəbul alsalar da, Azərbaycandakı seçimlərdə də iştirak edirlər. Qeydiyyat bitəndən sonra məlum olur ki, həmin şəxslər burada oxumayacaqlar. Bəlkə kimsə həmin yerdə oxumaq istəyir? Yaxud oxuya bilərdi. Təəssüflər olsun ki, bu hallar hər il olur".
kitabı