Azedu.az

Bu gün 37 dərəcə isti olacaq

4 Avqust 2024, 09:00
Bu gün 37 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox