Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-26 09:47:58
Bakıdakı bağçalara növbəyə yazılma prosesinə START VERİLDİ

Bakıdakı məktəbəqədər təhsil müəssisəsinə (bağça) növbəyə yazılma prosesi başlayıb.

 

AzEdu.az xəbər verir ki, məktəbəqədər təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər.

 

Növbəyə yazılma 2019 və 2020-ci il təvəllüdlü uşaqlar üçün saat 11:00-da , 2021, 2022 və 2023-cü il təvəllüdlü uşaqlar üçün isə saat 15:00- da aktiv olacaqdır.

 

Boş yerlərə qəbul isə il ərzində aparılır.

 

Məlumat üçün bildirək ki, bağçalara onlayn qeydiyyat iyulun 16-dan www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə başlayıb.

 

Qeyd edək ki, əvvəlki ildən fərqli olaraq bu il bağçalara uşaqların qeydiyyatında yaş qrupları üçün sistem ferqi vaxtlarda aktiv olub. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.