Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-22 11:52:33
Aİ Azərbaycan təhsilində vacib sistemin yaradılmasına kömək edəcək

Ümumi təhsil sistemini qiymətləndirmək məqsədilə daxili və xarici keyfiyyət təminatı sisteminin yaradılmasında Azərbaycana kömək etmək üçün martın 27-29 tarixlərində Almaniya və Hollandiyadan olan mütəxəssislər bu ölkəyə səfər edəcək.

AzEDU.az xəbər verir ki, adıçəkilən mütəxəssislər məktəblərin qiymətləndirilməsi ilə bağlı Aİ-nin qabaqcıl təcrübəsini paylaşacaq və Azərbaycanda məktəblərin qiymətləndirilməsinə dair metodologiya və qaydaların hazırlanmasına yardım göstərəcəklər.

Bundan əlavə, imtahanların və açıq sualların tərtibatı ilə bağlı müzakirələr aparılacaq. Bu tədbir Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) tərəfindən Azərbaycan Təhsil Nazirliyi və Bakı şəhər təhsil idarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.