Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-12 10:10:00
“Tarixdə bu gün” - 12 fevralda nələr olub?

Gün ərzində dünyada, eləcə də həyatımızda yüzlərlə hadisə baş verir. Yalnız bu hadisələrin əhəmiyyətlilik dərəcəsi onları ya yadda qalan edir, ya da ki, unutdurur.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

12 fevral tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

12 fevral 1931-ci ildə Azrbaycan generalı Səməd bəy Mehmandarov vəfat edib:

 

 Açıklama yok.

O, ilk təhsilini Bakıda gimnaziya təhsili alıb, 1873-cü ildə Peterburqdakı 2-ci Konstantin hərbi məktəbinə daxil olmuşdur. 1875-ci ildə Mehmandarov praporşik rütbəsi (ilkin zabit rütbəsi) alaraq, 1-ci Türküstan topçu briqadasına göndərilib.

XIX əsrin sonlarında S. Mehmandarov xalqın maariflənməsini son dərəcə vacib sayırdı və vətəndən uzaqlaşmasına baxmayaraq, dövri mətbuat orqanlarında bu bir sıra yazılar çap etdirmişdir.

 

12 fevral 1964-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli anadan olub:

 Açıklama yok.

O, 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib.. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olur. Təhsilini davam etdirərək, həm də C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işıqçı işləyib. Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollandı. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərib.

Döyüş şücaətinə görə DİN-nin "Boz qurd" mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. O, Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak oldu.

 

 

12 fevral 1992-ci ildə Şri-Lanka Azərbaycanın mütəqilliyini tanıyıb:

Açıklama yok.

İki ölkə arasında diplomatik əlaqələr 4 avqust 1992-ci ildə qurulub.

 

 

12 fevral 2009-cu ildə Bakıda beynəlxalq avtovağzal kompleksi istifadəyə verilib:

Açıklama yok.

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dördmərtəbəli avtovağzal kompleksində müasir standartlara cavab verən şərait yaradılıb.