Azedu.az

“Mətnin mentalinqvistik təhlili” elmi istiqaməti üzrə seminar keçirilib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

16 Yanvar 2024, 15:40
“Mətnin mentalinqvistik təhlili” elmi istiqaməti üzrə seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Mətnin mentalinqvistik təhlili” elmi istiqaməti üzrə seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə öncə universitetin Azərbaycan dili və pedaqogika kafedrasının professoru Təranə Hacıyeva bədii mətnlərin mentalinqvistik təhlilinin aktuallığı, parapsixoloji və fəlsəfi-poetik əhəmiyyəti barədə məlumat verib.

 

Sonra kafedranın dosenti Sədrəddin Hüseynin “Mistik ədəbiyyatının üslubi və terminoloji xüsusiyyətləri” mövzusunda elmi məruzəsi dinlənilib. 

 

Seminarda mistik ədəbiyyatının tarixi, üslubi xüsusiyyətləri, kommunikativ keyfiyyətləri, terminlərin poetik və fəlsəfi  kodları istiqamətləri üzrə ətraflı müzakirələr aparılıb. Eyni zamanda Azərbaycan, Şərq, dünya ədəbiyyatında mistik və parapsixoıloji mövzularda yazılmış müasir əsərlər haqqında danışılıb.

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox