Azedu.az

BMU-da imtahan sessiyası davam edir

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

15 Yanvar 2024, 15:38
BMU-da imtahan sessiyası davam edir

Bakı Mühəndislik Universitetində (BMU) cari tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

 

AzEdu.az xəbər verir ki, sessiyanın ötən dövrü ərzində 580 imtahan keçirilib və həmin imtahanlarda indiyə qədər ümumilikdə 4395 tələbə iştirak edib.

 

Bu il ilk dəfə olaraq imtahan sualları tələbələrə əvvəlcədən təqdim olunub. İmtahan nəticələri isə imtahan keçirilən gün fənn müəllimləri tərəfindən BMU-nun Elektron Məlumat Sisteminə yerləşdirilir.

 

Nəticələrdən narazı qalan tələbələrin müraciətlərinin, yarana biləcək hər hansı şikayətin dərhal araşdırılması, həmçinin sessiyanın gedişinə operativ nəzarətin təmin olunması məqsədilə Qərargah və Apelyasiya Komissiyasının fəaliyyəti də davam edir. Bununla bağlı müvafiq qaydalarla ətraflı məlumatlandırılan tələbələr imtahan bitdikdən sonra 1 gün ərzində ərizə ilə Apelyasiya Komissiyasına müraciət etmək imkanına malikdirlər. Eyni zamanda imtahanların gedişinin ardıcıl surətdə yoxlanılması, nəticələrin kafedra iclasları və fakültə Elmi Şuralarında müzakirə edilməsi də diqqət mərkəzindədir.

 

Dekabrın 29-dan etibarən start götürən imtahan sessiyası 01.02.2024-cü il tarixinə qədər davam edəcək.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox