Azedu.az

AzMİU-da maarifləndirici seminar keçirilib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

11 Yanvar 2024, 12:07
AzMİU-da maarifləndirici seminar keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbədənkənar  Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminar keçirilib. Görüş Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı,  AzMİU Tələbə Gənclər Təşkilatının (TGT) və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə gerçəkləşib. 

 

AzEdu.az xəbər verir ki, MSK nümayəndələri tərəfindən gənclərə səsvermə proseduru, seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər izah olunub və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

 

Maarifləndirici seminarda 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar seçkidə səsvermə hüququna malik 200-ə yaxın AzMİU tələbəsi iştirak edib. Yanvar ayının sonuna kimi davam edəcək silsilə seminarlarda ümumilikdə 1800 tələbə iştirak edəcək. 

 

Qeyd edək ki, seminarın  keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox