Azedu.az

UNEC-də imtahanlarla bağlı “Açıq qapı” günü keçiriləcək

Ali təhsil

Maraqlı

10 Yanvar 2024, 15:09
UNEC-də imtahanlarla bağlı “Açıq qapı” günü keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023/2024-ci tədris ilinin qış imtahan sessiyası davam edir.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, sessiya çərçivəsində yanvarın 13-də “Açıq qapı” günü keçiriləcək. İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə keçirilən “Açıq qapı”da imtahanla bağlı müraciətlər qəbul olunacaq.

 

“Açıq qapı” günü imtahan sessiyası dövründə hər şənbə günü keçiriləcək. “Açıq qapı”ya “1846 Qaynar Xətti”nə və ya “4925903 (daxili 1199) İmtahan Qərargahı”na zəng edərək yazılmaq mümkündür.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox