Azedu.az

Tələbələrimiz “Aqrar İnnovasiya və Startaplar” forumunda fərqləniblər

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

9 Yanvar 2024, 15:04
Tələbələrimiz “Aqrar İnnovasiya və Startaplar” forumunda fərqləniblər

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının informasiya texnologiyaları ixtisasının III kurs tələbələri Nəbi Şirinov və Nihad Məhərrəmov “Aqrar İnnovasiya və Startaplar” forumunda iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, tədbirdə ümumilikdə aqrar sahədə uğur qazanmış 30-dan çox startap təqdim olunub.

 

Forumda tələbələrimizin layihələri ilə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və digər dövlət rəsmiləri tanış olublar.

 

Forumun sonunda tələbələrimiz aqrar innovasiya və startap ekosisteminin inkişafında fəal iştiraklarına görə təltif ediliblər.

 

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox