Azedu.az

BMU-nun tələbələri Koreyada tədqiqat proqramında iştirak edir

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

8 Yanvar 2024, 16:55
BMU-nun tələbələri Koreyada tədqiqat proqramında iştirak edir

Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı (İDP) çərçivəsində təhsil alan 9 tələbə Koreya (Cənubi) Respublikasının sözügedən ali təhsil müəssisəsində tədqiqat proqramına cəlb olunub.

 

AzEdu.az xəbər verir ki, bu tələbələr İDP-nin şərtlərinə əsasən, cari tədris ili üzrə sonuncu kursu hazırda Koreyada davam etdirən 61 tələbə arasından seçilib.

 

Tələbələr-Şahmurad Orucov, Sahibzaman Şirinov, Aynur Məmmədova, Sübhan Abdullayev, Cavid Quliyev, Səbuhi Ağazadə, Elzamin Quliyev, Səbinə Məmmədova və Rəvan Ağazadə İNHA Universitetində gerçəkləşdirilən tədqiqat proqramı, laboratoriya fənləri və işləri barədə ətraflı məlumatlandırılıb. Eyni zamanda, onlara fənlərə qeydiyyat prosesi izah olunub, daha sonra müvafiq dərslərə başlanılıb.

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox