Azedu.az

17 yaşlı oğlanı 14 yaşlı yeniyetmə bıçaqlayıb

1 Yanvar 2024, 12:05
17 yaşlı oğlanı 14 yaşlı yeniyetmə bıçaqlayıb

Tərtərdə qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Tərtər rayon prokurorluğundan məlumat verilib.

 

Belə ki, yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 
 
Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü Fuad Quluzadənin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Fuad Quluzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bakıda əhaliyə ŞOK XƏBƏRDARLIQ - Telefonla danışmayın, TƏHLÜKƏ VAR!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox