Azedu.az

LDU-da rəqəmsal texnologiyalar mövzusunda vebinar keçirilib

Universitetlər

27 Aprel 2026, 13:15
LDU-da rəqəmsal texnologiyalar mövzusunda vebinar keçirilib

Lənkəran Dövlət Universitetində “Bərpa olunan enerji və rəqəmsal texnologiyalar” mövzusunda elmi-praktik vebinar keçirilib. Vebinarı giriş sözü ilə universitetin Tarix–coğrafiya və incəsənət fakültəsinin dekanı, dosent Afaq Qasımova açaraq müasir dövrdə bərpa olunan enerji mənbələrinin və rəqəmsal texnologiyaların cəmiyyətin davamlı inkişafındakı rolundan danışıb.

AzEdu.az xəbər verir ki, Vebinarda Təbiyyat fakültəsinin dekanı dos.Nahid Paşayev, Coğrafiya və onun tədrisi metodikası, Fizika, kimya və biologiya, eləcə də Riyaziyyat və informatika kafedralarının dosentləri Sənan Əzizov, Gülnarə Məmmədova, Qorxmaz Ağayev, Taleh Mənsumov, baş müəllimlər Cavidan Əliyev, Ülkər Fərzəliyeva, Qalib Əmənov, həmçinin müəllimlər, magistrantlar və tələbələr çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşdürüblər.

Çıxışlarda bərpa olunan enerji mənbələrinin tətbiqi imkanları, enerji səmərəliliyinin artırılması yolları, rəqəmsal texnologiyaların enerji sektorunda istifadəsi, həmçinin bu sahədə innovativ yanaşmalar və müasir elmi-praktik təcrübələr, günəş və külək enerjisinin potensialı, ekoloji dayanıqlılığın təmin olunması və “ağıllı” texnologiyaların tətbiqi məsələləri və s. barədə söz açılıb.

Vebinarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bu istiqamətdə gələcək elmi əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.

Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox