Azedu.az

BMU-nun 6 ixtisası Avropa Reyestrinə daxil edilib

Universitetlər

27 Aprel 2026, 17:03
BMU-nun 6 ixtisası Avropa Reyestrinə daxil edilib

Bakı Mühəndislik Universiteti (BMU) ali təhsil sahəsində mühüm nailiyyətə imza atıb. Universitet tarixində ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçən altı təhsil proqramı (İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Kimya mühəndisliyi, Mexanika mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi)  Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Reyestrinin (EQAR) rəsmi məlumat bazasına daxil edilib (//www.eqar.eu/qa-results/search/by-institution/institution/?id=9705).

AzEdu.az xəbər verir ki, bu, BMU-da tətbiq olunan akademik standartların yüksək səviyyəsini təsdiq etməklə yanaşı, universitetin Avropa Ali Təhsil Məkanının (EHEA) prinsiplərinə uyğun inkişaf etməsini  bir daha təsdiqləyir. 

Qeyd olunan nailiyyət son illər universitetin strateji yanaşmasına uyğun olaraq həyata keçirilən məqsədyönlü və sistemli fəaliyyətin nəticəsidir. BMU-nun Strateji İnkişaf Planında təhsil proqramlarının beynəlxalq akkreditasiyası prioritet istiqamətlərdən biri kimi müəyyən edilib, görülən işlər artıq konkret və beynəlxalq səviyyədə tanınan nəticələr verməkdədir.

Eyni zamanda, bu uğur yalnız institusional nailiyyət deyil, həm də Azərbaycanın ali təhsil sisteminin inkişafına mühüm töhfə kimi qiymətləndirilir.  Habelə Azərbaycan ali təhsil kvalifikasiyalarına beynəlxalq etimadın möhkəmlənməsinə xidmət edir.

BMU gələcəkdə beynəlxalq akkreditasiyadan keçmiş proqramların sayını artırmağı və qlobal akademik əməkdaşlıqları daha da genişləndirməyi hədəfləyir.

Bakıda əhaliyə ŞOK XƏBƏRDARLIQ - Telefonla danışmayın, TƏHLÜKƏ VAR!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox