Azərbaycan Dövlət İqtisad Universitetinə bərpa olmaq istəyənlərin nəzərinə!
AzEdu.az xəbər verir ki, akademik məzuniyyətdən qayıtmış və xaric olmuş şəxslərin UNEC-ə bərpası üçün sənəd qəbulu elan olunur.
Ərizələrin qəbulu 7 yanvar 2024-cü il tarixindən 03 fevral 2024-cü il tarixinədək aparılır.
Tələb olunan sənədlər:
Əlaqə nömrəsi: (012) 4925903 (daxili: 1012)
QEYD: “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən, xaric olan təhsilalanların bərpası xaric olma tarixindən 15 il müddətində qış və yay tətili dövründə həyata keçirilir.