Azedu.az

Bu günədək 36 min 403 tələbə təhsil krediti alıb

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

26 Dekabr 2023, 09:12
Bu günədək 36 min 403 tələbə təhsil krediti alıb

Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

 

Təhsil Tələbə Krediti Fondundan AzEdu.az-a bildirilib ki, indiyədək 36 min 403 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 613 nəfərin müraciəti natamam olub, 639 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 7816 nəfərin müraciətinə imtina cavabı verilib, 90 nəfərin müraciəti isə banka yönləndirilib.

 

Ümumilikdə 27 min 245 nəfərə TTK verilib. Onların arasından 9797 nəfərin müraciəti sosial TTK, 17 min 448 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox