Azedu.az

UNEC-in şəhid məzunu Rüfət Əsgərovun xatirəsi anılıb

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

28 Noyabr 2023, 16:26
UNEC-in şəhid məzunu Rüfət Əsgərovun xatirəsi anılıb

UNEC-in şəhid məzunu Rüfət Əsgərovun şəhadətə ucalmasının üçüncü ildönümü keçirilib.

 

AzEdu.az xəbər verir ki, anım günü tədbirində UNEC-in Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov, THİK-in sədr müavini Günay Ağazadə və tələbələr iştirak ediblər.

 

UNEC-in kollektivi Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.

 

Şəhidin yaşadığı evin önündə Rüfət Əsgərova həsr olunmuş bulağın və eyni zamanda şəhidin əşyalarına özəl hazırlanmış muzeyin açılışı olub.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox