Azedu.az

Agentlik: Bu il diplomların tanınması üzrə 6270 müraciət qəbul edilib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

28 Noyabr 2023, 15:25
Agentlik: Bu il diplomların tanınması üzrə 6270 müraciət qəbul edilib

anvarın 1-dən noyabrın 22-dək Təhsildə Keyfiyyət Təminatı Agentliyinə diplomların tanınması üzrə ümumilikdə 6270 müraciət daxil olub. Müraciətlərə ortalama baxılma müddəti 12 gün təşkil edib.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda söyləyib. O bildirib ki, müraciətlərin 83 faizinə (5215) müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 17 faizi (1055) isə mənfi qərarla yekunlaşıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox