Azedu.az

Azərbaycanda 10 ali təhsil müəssisəsi akkreditasiyadan keçib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

28 Noyabr 2023, 14:40
Azərbaycanda 10 ali təhsil müəssisəsi akkreditasiyadan keçib

Bu il 10 ali təhsil müəssisəsinin akkreditasiyası yekunlaşıb.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət təminatı üzrə Dövlət Agentliyinin sədr müavini, sədrin vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

 

Onun sözlərinə görə, 3 universitet isə hazırda qərarvermə mərhələsindədir: "Bura Bakı Mühəndislik Universiteti, ADA və Azərbaycan Tibb Universiteti daxildir. Ümumilikdə bu il üçün 13 ali təhsil müəssisəsinin akkreditasiyadan keçirilməsi nəzərdə tutulub. 1 il sonra təkrar akkreditasiya keçiriləcək. Növbəti ildə də 13 ali təhsil müəssisəsi qrafikə salınıb".

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox