Azedu.az

UNEC-n gənc əməkdaşı “Qlobal Liderlik Çağırışı” proqramının qalibi seçilib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

28 Noyabr 2023, 11:39
UNEC-n gənc əməkdaşı “Qlobal Liderlik Çağırışı” proqramının qalibi seçilib

UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva Birləşmiş Krallığın Oksford Universiteti ilə St. Qallen Simpoziumunun “Qlobal Liderlik Çağırışı” adlı birgə proqramının qlobal liderlərindən seçilib.

 

AzEdu.az xəbər verir ki, 50 ölkə üzrə 100 liderdən biri seçilən Nərgiz Hacıyeva Azərbaycanı Qlobal Liderlik Proqramında təmsil edəcək.   

 

“Qlobal Liderlik Çağırışı” proqramı dünyada fərq yaradan liderliyi inkişaf etdirmək məqsədilə 50-dən çox ölkədən 100 gənc lideri bir platformada toplayıb, öz sahələri üzrə təcrübəli ekspertlərlə çalışaraq, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üçün birgə təsir layihələri hazırlayırlar. 

ƏTRAFLI

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox