Azedu.az

HTP və DP çərçivəsində təhsillə bağlı sənəd qəbulu aparılır

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

Təhsil Nazirliyi

28 Noyabr 2023, 11:33
HTP və DP çərçivəsində təhsillə bağlı sənəd qəbulu aparılır

Noyabr ayından portal.edu.az platformasında “Hökumətlərarası Təqaüd Proqramları və Dövlət Proqramları çərçivəsində xaricdə təhsil xidməti” aktiv edilib.

 

AzEdu.az xəbər verir ki, belə ki, sözügedən xidmət Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində təqaüd hesabına təhsil almaq imkanı yaradır. Müraciətçilər müraciətlərinin statusu, nəticə, yeniliklər barədə məlumatı vaxt itirmədən və olduqları yeri tərk etmədən “Şəxsi kabinet” vasitəsilə əldə edə biləcəklər.

 

Hazırda Macarıstan və Çin Xalq Respublikasında təhsil almaq üçün müraciətlərin elektron qəbulu aparılır.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox