Azedu.az

UNEC-də olimpiadanın finalçıları açıqlanıb

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

27 Noyabr 2023, 13:04
UNEC-də olimpiadanın finalçıları açıqlanıb

Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri arasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dövlət maliyyəsi və dövlət sektorunda audit” mövzusu üzrə olimpiadanın seçim turu keçirilib.

 

AzEdu.az xəbər verir ki, seçim turunda 80 nəfərə yaxın tələbə test imtahanı verib və onlardan 20 nəfəri final mərhələsində iştirak etmək hüququ qazanıb. Qaliblərdən 13 nəfər Maliyyə və Mühasibat Fakültəsinin, 4 nəfər SABAH Mərkəzinin, 2 nəfər Beynəlxalq İqtisadiyyat Məktəbinin, 1 nəfər isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin tələbəsidir.

 

Olimpiadanın yekun turu noyabrın 28-də keçiriləcək.

 

“Dövlət maliyyəsi və dövlət sektorunda audit” mövzusu üzrə olimpiadada ilk 3 yeri qazanmış tələbələr Hesablama Palatası tərəfindən mükafatlandırılacaqlar və sertifikatlar əldə edəcəklər.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox