Azedu.az

UNEC-də Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Ali təhsil

Maraqlı

8 Noyabr 2023, 15:35
UNEC-də Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, müsabiqədə 30-a yaxın əl işi içərisindən seçilmiş, 20 rəsm əsəri nümayiş olunub.

 

Münsiflər heyətinin qərarına əsasən seçilən qaliblər: I yer - Kübra Bayramlı, II yer - Nəzrin Mustafazadə, III yer - Ayşən Novruzova medal və diplomlarla təltif olunublar. Onu da qeyd edək ki, münsiflər heyəti UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova, kafedra müdiri dosent Elfanə Qasımova və UNEC Dizayn Məktəbinin THİK-in sədri Lalə Şixəlizadən ibarətdir.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox