Azedu.az

Milli Məclisdə Xankəndi TƏKLİFİ: Hüquq Universiteti açılsın

Ali təhsil

Maraqlı

3 Noyabr 2023, 13:44
Milli Məclisdə Xankəndi TƏKLİFİ: Hüquq Universiteti açılsın

Milli Məclisdə Xankəndidə Hüquq Universitetinin açılması təklif olunub.

 

AzEdu.az xəbər verir ki, sözügedən təklif parlamentin iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev tərəfindən səsləndirilib.

 

O, Xankəndidə hüquq universitetinin açılmasına ehtiyac olduğunu bildirib.

 

"Orada bizim vətəndaşlarımız təhsil alsın, hüquqşünas olsun. Çünki bizdə vəkillərin sayı azdır", - deputat vurğulayıb.

 

Deputat Hikmət Babaoğlu isə deyib ki, yaxın gələcəkdə Xankəndidə tək hüquq sahəsi üzrə deyil, eləcə də tarix üzrə ixtisasların tədrisi edilə biləcək ali təhsil müəssisələrinin olması yaxşı olardı.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox